EN

“Sevilya” İngiltərə klubunun qolkiperini icarəyə götürdü

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Sevilya" "Nyukasl"ın və Yunanıstan yığmasının qapıçısı Odissias Vlaxodimosu 2025/26 mövsümünün sonuna qədər icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Ötən mövsüm 31 yaşlı qolkiper İngiltərə Liqa Kubokunda "Uimbldon"a qarşı (1:0) 45 dəqiqə oynayaraq "sağsağanlar"ın heyətində cəmi bir matçda iştirak edib.

Qeyd edək ki, Vlaxodimos  225 matçda iştirak etdiyi və 94 oyunda qapısını "quru" saxladığı "Benfika"dakı çıxışı ilə tanınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
sport24.az

1Sources