
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında istintaq başladılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, Özələ qarşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi fikirlərə görə istintaq başladılıb.