EN

Putin müharibəni dayandırmağa razı olmasa, Rusiya üçün ağır nəticələri olacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp cümə günü Alyaskada keçiriləcək görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa razı olmadığı təqdirdə, bunun Rusiya üçün çox ağır nəticələri olacağını bildirib.

Publika.az xəbər verir ki, o, bunun yeni sanksiyalar və ya tariflər demək olduğuna dair sualdan isə yayınıb.

"Bu barədə nəsə deməyə məcbur deyiləm. Lakin bunun çox ağır nəticələri olacaq",- deyə Ağ Ev rəhbəri vurğulayıb.

Chosen
90
6
publika.az

10Sources