AZ

Tramp: Alyaskada Putin müharibəni dayandırmağa razı olmasa, bunun Rusiya üçün ağır nəticələri olacaq

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 13 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp cümə günü Alyaskada keçiriləcək görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa razı olmadığı təqdirdə, bunun Rusiya üçün çox ağır nəticələri olacağını deyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Tramp Vaşinqtondakı Kennedi Mərkəzində çıxışı zamanı keçirilən tədbirdə bildirib.

O, bunun yeni sanksiyalar və ya tariflər demək olduğuna dair sualdan yayınıb.

"Bu barədə nəsə deməyə məcbur deyiləm. Lakin bunun çox ağır nəticələri olacaq",- deyə Tramp qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
6
azertag.az

10Mənbələr