EN

Tramp Putini yola gətirmək üçün təkliflər planı hazırlayıb

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Ukraynada müharibəyə son qoymağa razı salmaq üçün ona bəzi təkliflər etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın Putinə təklifləri arasında Rusiyanın Alyaskanın təbii sərvətlərinə çıxışının açılması və Rusiya aviasiya sənayesinə qarşı bəzi Amerika sanksiyalarının ləğvi daxildir.

Putinə təkliflər arasında hazırda Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində nadir torpaq minerallarına çıxış imkanı da daxildir.

Qeyd olunur ki, ABŞ-nin maliyyə naziri Skott Bessent atəşkəs sazişinin bağlanmasını sürətləndirmək üçün Birləşmiş Ştatların Rusiya ilə edə biləcəyi iqtisadi kompromisləri araşdırır.

Yada salaq ki, avqustun 15-də Alyaskada ABŞ və Rusiya liderləri arasında görüş baş tutacaq.

Chosen
23
1
operativmedia.az

2Sources