BAKI, 13 avqust. TELEQRAF
“Sabah” klubunun qapıçısı Rauf Əyyubov cərrahiyə əməliyyatı olunub.
Teleqraf xəbər verir ki, bu barədə paytaxt klubunun sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumata görə, qolkiper sol bilək skafoid sümüyünün sınığının osteosintezi əməliyyatı keçirib.