EN

“Podul” qasırğası Tayvanın cənubunu vurub

Bakı. Trend:

Çərşənbə günü “Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyinsürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb.

Trend-inməlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Məlumata əsasən, hakimiyyət orqanları 5 mindən çox insanıtəxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib.Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb ki, “Podul”cənub-şərqdəki Taytun şəhərini vurub, adanın cənub qurtaracağındankeçib və təxminən üç saat sonra Tayvan boğazına daxil olub.

Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağıproqnozlaşdırılır.

Chosen
46
5
az.trend.az

10Sources