EN

Kəramət Şükürovun küçədə meyiti TAPILDI

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Şair, nasir, jurnalist Kəramət Şükürov bu gün saat 19-20 radələrində ölüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, şairin ölümündə kriminal hal yoxdur, təbii ölüm baş verib.

13 avqust, 22:48

Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Qobustan" jurnalının əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.

K.Şükürovun vəfat səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.

Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.

Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
80
20
oxu.az

10Sources