AZ

Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb

Şair

Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.Bu barədə "Qobustan" dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.K.Şükürovun vəfat səbəbi məlum deyil.Faktla bağlı araşdırmalar aparılır.Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetlərində əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub. (report)Ulusum.az

Diqqət Çəkənlər

Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət

CNN Putinlə Trampın görüşünün dəqiq yerini öyrənib

Alyaska sammiti öncəsi mühüm danışıqlar: Tramp Zelenski ilə bu formada görüşəcək

Seçilən
54
20
ulusum.az

10Mənbələr