EN

Lemmi və Vens qanunsuz balıq ovuna çıxdılar - Foto

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi və bu ölkədə səfərdə olan ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens birlikdə lisenziya olmadan balıq tutublar.

“Qafqazinfo” bu barədə “Sky News”a istinadən xəbər verir.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu, unutqanlıq səbəbindən baş verib.

İngiltərənin Ətraf Mühit Agentliyi məsələnin artıq həll olunduğunu, lazımi lisenziyaların sonradan alındığını bildirib.

Qeyd edək ki, İngiltərə və Uelsdə yaşı 13-dən çox olan hər kəsin şirin suda, məsələn, sazan balığı tutması üçün lisenziya tələb olunur. Lisenziyasız balıq tutmaq 2 min 500 funt sterlinqədək cərimə ilə nəticələnə bilər.

 



Chosen
62
50
qafqazinfo.az

10Sources