EN

"Podul" Tayvanı vurdu, Çinə doğru hərəkət edəcək

“Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb. Məlumata görə, hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb. Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır. “Qasırğa bu həftənin sonunda Çinin cənub Futszyan əyalətinə doğru hərəkət edəcək.

Chosen
6
5
sia.az

10Sources