EN

Borcunu ödəyə bilməyən bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu


Qazax rayonu, Xanlıqlar bələdiyyəsinin sədri Mahmud Həməşəyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə,Dövlət Vergi Xidməti yanında 14 saylı Ərazi Vergilər İdarəsi Mahmud Həməşəyev barəsində məhkəməyə müraciət edib.

Bələdiyyə sədrinin Dövlət Sosial Müdafiə Fonduna 5639,98 manat, işsizlikdən sığorta fonduna 83,1 manat, İcbari Tibbi Sığorta Fonduna 903,87 manat məbləğində borcu var.

Məhkəmənin qərarı ilə Mahmud Həməşəyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Chosen
65
5
baki-xeber.com

6Sources