EN

Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi

Moskvada “Hyundai” markalı avtomobil dayanacağa çırpılıb. Hadisəni törədən sürücü 25 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. 

Bizim.Media “regions.ru” nəşrinə istinadən xəbər verir ki, sürücü  qəzanın avtomobildə baş verən qəfil nasazlıq səbəbindən idarəetməni itirməsi nəticəsində baş verdiyini deyib.

Lakin şahidlər hadisəni fərqli şərh ediblər.

Hadisə yerində olanlar qəzanın səbəbini aqressiv sürücülük, zolaqlar arasında nizamsız manevrlər və yağışdan sonra yolun sürüşkən olması ilə əlaqələndiriblər.

Şahidlərin dediyinə görə, avtomobil qəfil hərəkət trayektoriyasını dəyişib, metal arakəsməyə çırpılıb, daha sonra fırlanaraq dayanacaq pavilyonuna dəyib. Zərbə anında dayanacaqda bir neçə nəfər olub. Əksəriyyət toqquşmadan qaça bilsə də, skamyada oturan gənc cütlük xəsarət alıb.

Dolgoprudnı xəstəxanası yaralıların vəziyyətinin ağır olduğunu təsdiqləyib.

Hər iki şəxs reanimasiya şöbəsinə yerləşdirilib, qadının isə təcili cərrahi əməliyyata ehtiyacı var.

Polis hadisə ilə bağlı istintaqı davam etdirir, həm sürücünün, həm də şahidlərin ifadələri araşdırılır. Qəzanın dəqiq səbəbi bütün zəruri ekspertizalardan sonra məlum olacaq.

Bizim.Media 

Chosen
12
3
bizim.media

6Sources