EN

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı- FOTO

Avqustun 11-də Xocalı rayon Malıbəyli kəndi ərazisindəki  sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. 

Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

FOTO QALEREYA
Chosen
11
29
avtosfer.az

10Sources