AZ

Astarada kafedə nöqsanlar aşkarlanıb - FOTO

Astara şəhərinin Gənclər küçəsində fiziki şəxs Aynur Adil qızı Mikayılovaya məxsus “Sahil” kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, dezinfeksiya işlərinin aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar yuyula bilən, korroziyaya davamlı materiallarla üzlənmədiyi, izləmə sisteminin tətbiq edilmədiyi, işçilərin gigiyenik təlimə cəlb olunmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl edilmədiyi müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, kafenin fəaliyyəti məhdudlaşdırılıb. Eyni zamanda, nöqsanların aradan qaldırılması və müvafiq sağlamlaşdırma işlərinin həyata keçirilməsi üçün göstəriş verilib.

FOTO QALEREYA
Seçilən
6
29
avtosfer.az

10Mənbələr