EN

PSJ tarixdə ilkə imza atdı

Yazını böyüt
Yazını kiçilt

UEFA Superkubokunu başı üzərinə qaldıran PSJ Fransa futbolu tarixində ilkə imza atıb.

Hafta.az xəbər verir ki, buna kimi parislilər 2024/25 mövsümünün yekunlarına görə, UEFA Çempionlar Liqası, Fransa çempionu, Fransa Kuboku və Superkuboku titullarını qazanıblar. PSJ yalnız klublararası dünya çempionatının finalında məğlubiyyət acısı yaşayıb. Nəticədə komanda mövsümdə 5-ci kubokunu qazanıb.

Paris klubu dekabrda növbəti titul uğrunda mübarizə aparacaq. PSJ Qitələrarası turnirdə Libertadoras Kubokunun qalibi ilə qarşılaşacaq.

PSJ Fransa klubları tarixdə ilk dəfə Avropa Superkubokuna yiyələnib. Bundan əvvəl PSJ-nin belə bir şansı olub. Komanda 1996-cı ildəki finalda iki oyunun nəticəsinə görə, "Yuventus"a uduzub (1:6, 1:3).

İngiltərə klubları isə 21-ci dəfə Superkubok uğrunda yarışıblar. Bundan əvvəl hesabında 10 qələbə və 10 məğlubiyyət olan ingilislər növbəti dəfə meydanı məyus tərk ediblər.

Qeyd edək ki, Luis Enrikenin komandası finalda "Tottenhem"ə penalti seriyasında qalib gəlib - 2:2, pen. 4:3.

Chosen
11
1
hafta.az

2Sources