EN

İlin sonunadək 16 mindən çox vətəndaş özünüməşğulluq proqramına cəlb olunacaq

Bu ilin sonunadək 16 mindən çox işsiz və işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb olunacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı deyib.

Onun sözlərinə görə, indiyədək həmin proqrama 98 minə yaxın şəxs cəlb edilib.

“Özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı, istehsal və xidmət sahələrini əhatə etməklə, ümumilikdə 32 zərf təklif edilir. Təklif olunan zərflər içərisində ən çox müraciət edilən isə kənd təsərrüfatı istiqaməti üzrə “Maldarlıq” və “Qoyunçuluq təsərrüfatı” zərfləridir. İstehsal və xidmət istiqamətlərində isə “Kiçik dərzi sexi”, “Un məmulatları istehsalı”, “Qadın gözəllik salonu” və “Avtoçilingər xidmətləri” zərflərinə müraciət edənlərin sayı daha çoxdur.

Özünüməşğulluq proqramının əhatə dairəsi genişdir və ölkənin hər bir bölgəsindən proqrama müraciətlər qeydə alınır. Müraciətlərin ən çox olduğu rayonlara gəldikdə isə təkcə bu ilin ötən dövrü üzrə ən yüksək müraciət Abşeron, Sabunçu, Xəzər, Bərdə və Şəmkir rayonları üzrə olub”, – deyə o qeyd edib.

AZƏRTAC

Chosen
32
vergiler.az

1Sources