EN

Luis Enrikedən unikal uğur: Karyerasında 2-ci dəfə bunu bacardı

PSJ "Tottenhem"i (2:2, penaltilərlə 4:3) məğlub etməklə UEFA Superkubokunun qalibi edib.

Publika.az xəbər verir ki, bununla Fransa təmsilçisinin baş məşqçisi Luis Enrike karyerasında ikinci dəfə bir təqvim ilində beş kubok qazanıb.

2025-ci ildə PSJ Fransa çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb, həmçinin Çempionlar Liqasının qalibi olub. İndi bu siyahıya UEFA Superkuboku da əlavə edilib.

Enrike oxşar uğuru 2014/2015 mövsümündə "Barselona"nın baş məşqçisi olarkən də əldə edib. Həmin vaxt kataloniyalılar İspaniya çempionu, ölkə kuboku, Çempionlar Liqası, Klublararası dünya çempionatı və UEFA Superkubokunu qazanıblar.

Chosen
44
publika.az

1Sources