EN

Xameneinin müşaviri Zəngəzurla bağlı Ermənistanı təhdid etdi

BAKI, 14 avqust. TELEQRAF

Ermənistanın Zəngəzur dəhlizinə nəzarəti ABŞ-yə verməsi İranın ciddi narazılığına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Tovariş Qeneral” Teleqram kanalı məlumat yayıb.

Kanal bildirib ki, İrəvan həm öz mövqeyini çatdırmaq, həm də Tehranın nəbzini yoxlamaq üçün xarici işlər nazirinin müavini Vaan Kostanyanı İrana göndərib:

“Kostanyan Tehranda təkcə “İran Qorbaçovu”, qərbyönlü və azərbaycanpərəst Prezident Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi ilə yox, həm də onun rəqibləri – ölkənin Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti ilə də görüşüb.

Maraqlıdır ki, həmin şəxslər Kostanyandan sonra Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüblər. Kimin sözünün onlar üçün daha önəmli olduğunu izah etməyə ehtiyac yoxdur.

Kostanyan iranlı həmkarlarını əmin edib ki, Ermənistanla İran arasında dostluq möhkəm olaraq qalır və İrəvan bunun pozulmasına imkan verməyəcək. Buna cavab olaraq, Kostanyan Vilayətinin dilindən Paşinyan üçün xoşagəlməz və sərt sözlər eşidib. Xameneinin müşaviri regionun taleyini müstəsna olaraq onun tərkib hissəsi olan ölkələrin həll etməli olduğunu və xarici qüvvələrin Ermənistana müdaxiləsindən narahatlığını bildirib: “Sərhədlərimizə yaxın vəziyyəti diqqətlə izləyirik və milli təhlükəsizliyə istənilən təhdidlərə cavab verməyə hazırıq”.

Chosen
51
36
teleqraf.com

10Sources