EN

Rusiyada mühacir uşaqları ancaq pullu təhsil alacaq

Yazını böyüt
Yazını kiçilt

Rusiyada mühacirlərin övladlarının dövlət məktəblərində təhsil alması üçün təklif edilən yeni reqlament Dövlət Dumasına təqdim olunub.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, müxtəlif partiyaların parlament üzvləri tərəfindən imzalanan qanun layihəsində əcnəbi tələbələr üçün ödənişli təhsil sisteminin tətbiqi və onların pulsuz rus dili biliyi imtahanından keçmək hüququnun məhdudlaşdırılması təklif edilir.

Qanun layihəsinin əsaslandırmasında deyilir ki, immiqrant uşaqlarının sayının artması 2025-ci ilə qədər məktəblərdə 900 mindən çox şagird yeri çatışmazlığı ilə nəticələnəcək. Rus şagirdlərin təhsilinə mənfi təsir göstərən əsas amil kimi dil biliyinin yetərincə olmaması göstərilib.

Hazırda immiqrantların uşaqları üçün rus dili imtahanı büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Qanun layihəsində vurğulanır ki, bu imtahan və təhsil xidmətlərinin ödənişi büdcəyə qənaət edə bilər və nəticədə əldə olunan vəsait müəllimlər üçün əlavə ödənişlərə yönəldilə bilər. Avqustun 9-dan Rusiyada əcnəbilər üçün rus dili imtahanları yeni qaydalara əsasən aparılmağa başlayıb. Əvvəllər Federal Pedaqoji Araşdırmalar İnstitutu (FİPİ) vətəndaşlıq üçün müraciət edən əcnəbilər üçün nümunə imtahanları dərc edirdi. Yeni sistemə rus dili imtahanında 35 sual, Rusiya tarixi və əsas hüquq bilikləri üzrə 36 sual daxildir.

Chosen
8
hafta.az

1Sources