EN

“Real” 18 yaşlı argentinalının təqdimatını keçirəcək

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Real" bu gün yeni transferi, yarımmüdafiəçi Franko Mastantuononu ictimaiyyətə təqdim edəcək. Sport24.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Bu gün 18 yaşını qeyd edən argentinalının təqdimatı günorta saatlarına planlaşdırlıb. "Kral klubu" Mastantuono ilə müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, yarımmüdafiəçi "River Pleyt"də 62 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
sport24.az

1Sources