Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasınındaşınmaz əmlakın dövlət reyestrində 129 qeyri-yaşayış binası, 2528torpaq sahəsi, 2245 fərdi yaşayış və bağ evi, 24 əmlak kompleksikimi müəssisə dövlət qeydiyyatına alınıb.
Trend bu barədəNaxçıvan Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinə istinadənxəbər verir.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədəqeydiyyata alınan qeyri-yaşayış binalarınının sayında 43,3 faiz,torpaq sahələrinin sayında 0,7%, fərdi yaşayış və bağ evlərininsayında 7,1 faiz, əmlak kompleksi kimi müəssisələrinin sayında 9faiz artım olub.