Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 204 494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
AzNews.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövri ilə müqayisədə 1,5 % azdır.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 37 588-i (18,4 %) ilkin, 166 906-sı isə (81,6 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 12 % çox və 4,1 % azdır.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 37 904, mənzil 52 196, torpaq sahəsi 106 814, qeyri-yaşayış binası 1 736, qeyri-yaşayış sahəsi 5 340, əmlak kompleksi 417, çoxmərtəbəli yaşayış binası 84 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 56 114-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.