AZ

Bu ilin ilk 6 ayında 204 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 204 min 494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 37 min 588-i (18,4 %) ilkin, 166 min 906-sı (81,6 %) isə təkrar qeydiyyatın payına düşür.

2025-ci ilin yanvar-iyul ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 37 min 904, mənzil – 52 min 196, torpaq sahəsi – 106 min 814, qeyri-yaşayış binası – 1736, qeyri-yaşayış sahəsi – 5340, əmlak kompleksi – 417, çoxmərtəbəli yaşayış binası – 84 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 56 min 114-ü Bakı şəhərinin, digər hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-iyul ayları ərzində 145 min 642 texniki pasport tərtib edilib, 34 min 196 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Seçilən
10
7
azerbaijan-news.az

10Mənbələr