EN

Konfrans Liqası: Klublarımızın pley off şansı

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Azərbaycan klublarının UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq şansları bəlli olub. Sport24.az xəbər verir ki, III təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq "Sabah"ın növbəti raunda yüksəlmək ehtimalı 25 faizdir. "Bayquşlar"ın rəqibi, Bolqarıstanın "Levski" komandasında isə bu rəqəm 75 faiz olaraq göstərilib. "Araz-Naxçıvan"a isə ümumiyyətlə şans verilməyib. Naxçıvan təmsilçisinin pley-offa adlamaq ehtimalı 0,2 faiz, Kiprin "Omoniya" kollektivində isə 99,8 faizdir. Qeyd edək ki, "Sabah" - "Levski" matçı saat 20:00-da, "Omoniya" - "Araz-Naxçıvan" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. "Sabah" ilk matçda 0:1, Naxçıvan təmsilçisi isə 0:4 hesabı ilə uduzub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
sport24.az

1Sources