EN

Merts və Avropa liderlərinin Putinə qarşı 5 tələbi özünü doğruldacaqmı?

Almaniya kansleri və Avropa liderləri Putinə şərtlərini təqdim edib, lakin ekspertlər onların təsirinə şübhə edir...

Poliqon xəbər verir ki, dünən Almaniya kansleri Fridrix Merts bir sıra görüşlər və videokonfranslar keçirərək Avropa İttifaqının yarısını təşkil edən ölkənin liderləri, Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Trampla müzakirələr aparıb. Əsas mövzu Ukraynadakı müharibənin dayandırılması üçün Vaşinqton və Moskva arasında mümkün razılaşma olub.

Avropa liderləri birgə bəyanatında vurğulanıb ki, Ukrayna ilə bağlı hər hansı danışıqlarda masada yalnız ukraynalılar oturmalıdır. Onlar həmçinin Rusiya işğalının hüquqi tanınmasına yol verməyəcəklərini və Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri təmin edəcəklərini bildiriblər.

Londondakı King’s College universitetinin təhlükəsizlik üzrə eksperti Piter Noyman tələbləri məqbul hesab etsə də, BILD nəşrinə müsahibəsində Putinin bu şərtlərlə razılaşmayacağını qeyd edib. Noyman bildirib ki, Tramp mümkün qədər tez sülh razılaşması əldə etmək üçün Putinə güzəştlərə gedə bilər.

Siyasi analitik Niko Lanqe Avropa liderlərinin Rusiyanın mövqeyinə təsir imkanlarını skeptik qiymətləndirir. 

Avropadan bu barədə heç nə eşidilmədi ki, əgər atəşkəs əldə olunmasa, nə ediləcək və bu necə təmin olunacaq. Putinə təzyiq bu gün güclənmədi”, deyə Lanqe Bild-ə müsahibəsində deyib.

Noymana görə, Mertsin beş əsas maddəsi faktiki olaraq “koreya variantına” bənzəyir. Burda söhbət münaqişənin dondurulmasından, Ukrayna nəzarətində olan ərazilərin saxlanmasından və Qərbə yönəlmiəsindən, Rusiyanın ələ keçirdiyi bölgələrin qaytarılmasından imtina etməkdən gedir. 

Poliqon.info

Chosen
31
50
poliqon.info

10Sources