Ötən gün 20 Yanvar metrostansiyasına çatmamış 1 manatlıq mikroavtobusların üçüncü yol xəttini zəbt etməsi ilə bağlı görüntülər yayılmışdı.
Far.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məsələ iləəlaqədar Bakı Şəhər DYP İdarəsi Far.Az-ə açıqlama verib.
Qurumdan bildirilib ki, qeyd edilən ərazidə dayanma və durma qaydalarını pozaraq yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə və sıxlığın yaranmasına şərait yardan mikroavtobus sürücüləri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.