AZ

Şəhidlər xiyabanında görüntüləri yayılan əcnəbilərlə bağlı Dövlət Turizm Agentliyindən AÇIQLAMA

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlərin görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.

Hüquq-mühafizə orqanları həmin şəxslər barəsində lazımi tədbirlər görsələr də, bu cür hallar yalnız ictimai narazılığa yol açmır, həm də ölkəmizin milli-mənəvi dəyərlərinə hörmətsizlik hesab olunur.

Sözügedən görüntülərlə bağlı Dövlət Turizm Agentliyindən bildirilib ki, mütəmadi olaraq keçirilən təlimlərdə turizm şirkətləri və turizm bələdçilərinə Azərbaycana gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında ətraflı informasiya vermək tövsiyə olunur.

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
18
37
far.az

10Mənbələr