EN

Putinlə Tramp görüşünün formatı məlum olub

“Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında nümayəndə heyətləri tərkibində keçiriləcək danışıqlar “beşə-beş” formatına əsasən aparılacaq”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Amerika nümayəndə heyətinin tərkibi artıq məlumdur və ABŞ-da elan olunsa, daha düzgün olar.

Bundan əvvəl Qərb mediası Vaşinqtonun Tramp, Putin və Zelenski arasında üçtərəfli görüş üçün yer axtardığını yazmışdı. İnsayderlərin fikrincə, Ukrayna ətrafında böhranın həlli üzrə danışıqlar gələn həftənin sonunda baş tuta bilər.

QAZİLER.AZ

Chosen
6
1
qaziler.az

2Sources