EN

Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı

BAKI, 14 avqust. TELEQRAF

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Chosen
38
23
teleqraf.com

10Sources