ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşdən bir neçə saat əvvəl Ukrayna hərbçiləri Rusiya şəhərlərinə zərbələr endirib.
Herbiand.az xəbər verir ki, Rusiyanın Belqorod, Rostov-na-Donu və Volvoqraq şəhərlərinə pilotsuz təyyarələrlə hücumlar Belqorodda hökumət binası və avtomobili hədəf alıb.
Ukrayna hərbçiləri Rusiyanın Rostov-na-Donu şəhərinə pilotsuz təyyarə ilə hücum edib.
Rostov-na-Donu qubernatorunun müavini Yuri Slyusar Telegram-da ikisi ağır olmaqla 13 nəfərin yaralandığını bildirib.