2034-cü ilə qədər Belçika hökuməti krallığın silahlı qüvvələrinin tərkibində kiberqoşunlar yaradacaq. Bu qoşun növü quru qoşunları, hərbi hava qüvvələri və donanma ilə birgə fəaliyyət göstərəcək.
Hafta.az xəbər verir ki, bu barədə "L'Echo" qəzeti məlumat yayıb. Bu məqsəd üçün 500 milyon avroya yaxın vəsait ayrılacaq.
Ümumilikdə, nəşrin məlumatına görə, Belçika hökuməti dövlətin rəqəmsal davamlılığını təmin etmək üçün nəzərdə tutulmuş 1.6 milyard avroya başa gələcək irimiqyaslı plan hazırlayıb.
Ölkə hökuməti əlavə investisiyaları geniş şifrələnmiş şəbəkənin yaradılmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə yönəltmək niyyətindədir.
Qeyd olunur ki, rəqəmsal təhlükəsizlik müasir texnologiyalardan istifadə etməklə hərbi infrastrukturu hərtərəfli yeniləyəcək.