EN

Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq

Ermənistan və Azərbaycan kommunikasiyaların açılması ilə bağlı razılaşmalar çərçivəsində işçi qrupları yaradacaq.

 

Bu barədə ölkənin ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.

 

Nazir jurnalistlərin “Tramp marşrutu” adlandırılan layihə çərçivəsində yolun nəzarət mexanizmi barədə sualına cavabında qeyd edib ki, iş prosesləri işçi qrupların yaradılmasını nəzərdə tutur və onlar əlavə məlumat təqdim edəcəklər.

 

Xudatyan nəzarət və gömrük prosedurları ilə bağlı suala cavab verməkdən yayınıb, yalnız yolun Ermənistanın yurisdiksiyasında olacağını və bununla bağlı bütün texniki və məzmun məsələlərinin bu çərçivədə həll ediləcəyini vurğulayıb.

 

APA

Tarix: 14 Avqust 2025, 16:02   
Chosen
49
12
pravda.az

10Sources