EN

Aİ Tramp, Putin və Zelenski arasında görüş yeri axtarır

Sky News cümə axşamı mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı ABŞ, Rusiya Federasiyası və Ukrayna prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında mümkün sammitin keçiriləcəyi yer variantlarını qiymətləndirir. Bu barədə Sky News cümə axşamı öz mənbələrinə istinadən xəbər verir.

Telekanalın məlumatına əsasən, ittifaqın üzvü olan Fransa, Almaniya, İspaniya və Finlandiya kimi ölkələr əvvəllər təklif edilən Romadan fərqli olaraq “daha çox neytrallıq” göstərdiyinə görə, xüsusən də Cenevrəni danışıqlar üçün mümkün məkan kimi nəzərdən keçirirlər.

Bildirildiyinə görə, Aİ belə bir görüşün Avropa qitəsində baş tutması ilə razılaşır və avqustun 16-da Amerika tərəfi ilə onun hazırlanmasına dair müzakirə aparmağı planlaşdırır.

Eyni zamanda, mənbələr etiraf edirlər ki, danışıqların aparılması faktının özü Putinlə Trampın Alyaskadakı görüşünün nəticələrindən asılıdır.

Məlum olduğu kimi, Tramp cümə günü Ankoricdəki Elmendorf-Richardson hərbi bazasında Putinlə görüşəcək.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Chosen
122
50
azerbaijan-news.az

10Sources