Moskvanın Meşçanski Rayon Məhkəməsi tanınmış rusiyalı bloqer İlya Varlamovu qiyabi olaraq səkkiz il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.
İ.Varlamov Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaymaqda təqsirli bilinib.
Məhkəmə, həmçinin, İ.Varlamovu 99 milyon rubl (2.1 milyon manat -red.) cərimələyib.
Bundan əlavə, ona dörd il müddətinə internet saytlarını idarə etmək qadağan olunub.