EN

NATO nun Ukrayna ilə bağlı yeni proqramına 500 milyon ayırmaq istəyirlər

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniya öz müttəfiqləri ilə Ukrayna üçün 500 milyon dollar həcmində yeni hərbi yardım paketini maliyyələşdirməyə hazırlaşır.

“Qafqazinfo” Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, yardım NATO-nun “Ukraynanın ilkin zəruri ehtiyacları siyahısı” proqramına ayrıla bilər.

Nazirliyin sözügedən məlumatında ABŞ-yə Ukraynanı silah və sursatla təmin etməyə davam etmək istəyinə görə təşəkkür edilb.

Xüsusi olaraq Almaniyanın bu təşəbbüsə qoşulmaqla Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukrayna məsələsi ilə bağlı danışarkən Avropa ölkələrinin Ukraynanı maliyyələşdirməyə hazır olmalarının zəruriliyini vurğulayıb.

Fatimə Şahverdiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
50
qafqazinfo.az

10Sources