EN

“Real Madrid” yeni transferini təqdim edib

Bakı, 14 avqust, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Madrid təmsilçisi Argentinanın “River Pleyt” kollektivindən Franko Mastantuononun keçidini rəsmiləşdirib. 18 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Yarımmüdafiə xəttinin sağ cinahında çıxış edən oyunçu Argentina millisinin heyətində bir oyun keçirib.

Chosen
43
4
azertag.az

5Sources