Türkiyənin Samsun vilayətində iki avtomobilin toqquşması nəticəsində biri ağır olmaqla 8 nəfər yaralanıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.
Əraziyə polis, jandarma, yanğınsöndürmə və təcili tibbi yardım qrupları cəlb olunub.
Yaralanan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.(e-huquqaz)