RU

Türkiyədə ağır qəza: 8 nəfər yaralandı

Türkiyənin Samsun vilayətində iki avtomobilin toqquşması nəticəsində biri ağır olmaqla 8 nəfər yaralanıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.

Əraziyə polis, jandarma, yanğınsöndürmə və təcili tibbi yardım qrupları cəlb olunub.

Yaralanan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.(e-huquqaz)

Избранный
39
50
avtosfer.az

10Источники