EN

Ucarda yol qəzasında ana və oğlu xəsarət alıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən kecən hissəsində baş verib. "Nissan" və "Daewoo Centra" markalı minik avtomobilləri toqquşub. Nəticədə Oğuz rayon sakinləri - 1978-ci il təvəllüdlü Yaqut Hacıyeva və oğlu 2005-ci il təvəllüdlü Nihat Hacıyev xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların Ağdaş rayonundan yas məclisindən qayıdan zaman qəzaya düşdükləri bildirilir.

Fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
62
7
apa.az

9Sources