AZ

Yasdan qayıdan ana və oğlu Ucarda qəzaya düşdü

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən kecən hissəsində baş verib.

"Nissan" və "Daewoo Centra" markalı minik avtomobilləri toqquşub. Nəticədə Oğuz rayon sakinləri - 47 yaşlı Yaqut Hacıyeva və oğlu 20 yaşlı Nihat Hacıyev xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların Ağdaş rayonundan yas məclisindən qayıdan zaman qəzaya düşdükləri bildirilir.

Fakt araşdırılır.

Seçilən
78
7
sitat.info

9Mənbələr