Bəzi özəl tibb müəssisələrində botoks, estetik dolğular, mezopreparatlar,vitamin, amin turşusu və digərləri rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə edilir. Səhiyyə nazirlinin analitik ekspertiza mərkəzi tərəfindən aparılan müvafiq planlı və plandankənar yoxlamalar nəticəsində belə hallar müəyyənləşir.
Bunu analitik ekspertiza mərkəzinin dərman vasitələrinin idxal-ixracı şöbəsinin müdir müavini Şirin Şahbazov "Xəzər xəbər"ə müsahibəsində bildirib.
Qeyd edilib ki, dərman və tibb vasitələrinin hər seriyası üzrə götürülmüş nümunələr laborator ekspertizadan keçirildikdən sonra sertifikatlaşdırılır və ölkəyə idxalına icazə verilir. Məhz bu cür icazəsi olmayan botoks, estetik dolğular və mezopreparatlar insan orqanizmində ciddi fəsadlar yarada bilər.
Xezerxeber.az mövzu ilÉ™ baÄŸlı daha É™traflı videomaterialı tÉ™qdim edir.Â