“Nyukasl”ın isveçli hücumçusu Aleksandr İsak İngiltərə futbol çempionatının ilk turunda “Aston Villa” ilə oyunda komandanın heyətində oynamaqdan imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Məlumatına görə, futbolçu ikinci turun “Liverpul”la oyunu boykot etmək niyyətindədir. Romano xəbər verir ki, İsak "Liverpool"a transferini sürətləndirmək istəyir.
Daha əvvəl mətbuatda İsakın "Liverpul"la danışıqlar fonunda "Nyukasl"a gəlmədiyi və əvvəllər oynadığı İspaniyanın "Real Sosyedad" klubunda məşq etdiyi barədə məlumat yayılmışdı. Mətbuat həmçinin isveçlinin "Liverpul"a transfer qiymətinin 138 milyon avro ola biləcəyini yazıb.
İsakın 25 yaşı var, keçən mövsüm "Nyukasl"ın heyətində 42 oyun keçirib, 27 qol vurub, 6 məhsuldar ötürmə edib və komanda ilə birlikdə Liqa Kubokunu qazanıb.