EN

Tramp sentyabrda İsrailə səfər edə bilər


ABŞ Prezidenti Donald Tramp sentyabrın ortalarında Böyük Britaniyaya planlaşdırılan səfərindən əvvəl İsrailə səfər edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika və İsrail rəsmilərinə istinadən “Ynet” portalı məlumat yayıb.
Portal Ağ Ev administrasiyasındakı həmsöhbətindən sitat gətirir:
“Trampın səfəri atəşkəslə bağlı danışıqların inkişafından və Qəzza zolağında müharibənin dayandırılmasından asılıdır”.
İsrail rəsmisi nəşrə təsdiqləyib ki, ABŞ prezidentinin səfəri üçün ilkin planlar var, lakin hələlik konkret heç nə yoxdur.
Chosen
6
yeniavaz.com

1Sources