EN

Tramp: Putinlə Alyaskada görüş Rusiya və ABŞ üçün əhəmiyyətli olacaq

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada gözlənilən görüşünün həm Moskva, həm də Vaşinqton üçün əhəmiyyətli olacağını bildirib.

News365.az xəbər verir ki, bunu o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Görüşümüzdə nə baş verəcəyini görəcəyik. Bu, böyük bir görüş olacaq, düşünürəm ki, Rusiya və bizim üçün çox əhəmiyyətli olacaq. Bu, bizim üçün yalnız o mənada vacibdir ki, biz çoxlu insan həyatını xilas edəcəyik”, - Tramp bildirib.

Eyni zamanda, Amerika lideri ilkin olaraq Rusiyanın Alyaskada nadir torpaq minerallarının çıxarılması təklifinin mümkünlüyü ilə bağlı suala cavab verməyib.

Bir daha soruşduqda, “Bu, qətiyyən əhəmiyyətsizdir. Mən insanların həyatını xilas etməyə çalışıram”, - Amerika lideri bildirib.

Chosen
26
6
news365.az

10Sources