EN

"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.

Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.

21:44

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ikinci qol vurulub.

Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

85-ci dəqiqədə Mazire Soula ev sahiblərini oyuna növbəti dəfə mərkəzdən başlamağa məcbur edib.


21:04

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar hesabda 1:0 hesabı ilə öndədirlər.

40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.

***20:47

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ilk hissə başa çatıb.

Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar fasiləyə üstün yollanıblar - 1:0.

40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.

***20:39

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda hesab açılıb.

Adalet.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar hesabda irəli çıxıblar.

40-cı dəqiqədə Radoslav Kirilov diqqət mərkəzinə düşüb.

***20:00

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyunu start götürüb.

Adalet.az xəbər verir ki, qarşılaşma Masazırdakı Əlincə stadionunda keçirilir.

Görüşü ukraynalı baş hakim Mikola Balakin idarə edir. Səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlib.


Chosen
76
4
adalet.az

10Sources