İyul ayında İsveçin, Norveçin və Finlandiyanın şimalı istixana qazı emissiyalarından təsirlənən tarixdə ən güclü istilik hava dalğalarından birini yaşayıb.
“İki sahil” xəbər verir ki, bəzi ərazilərdə temperatur 30°C-dən yuxarı olub. Finlandiyanın Yulitornio şəhərində havanın hərarəti 26 gün ardıcıl olaraq 25°C-dən yuxarı qalxıb ki, bu da Avropanın şimal enlikləri üçün xarakterik olmayıb.
Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi ilə bağlı mübarizə sürətləndirilməsə, bu cür ekstremal istilik əsrin sonuna qədər tez-tez baş verə bilər.
Ekspertlər səhiyyə və sosial sahədə tədbirləri gücləndirərək, cəmiyyəti yeni iqlim şəraitinə daha yaxşı uyğunlaşmağa çağırırlar.