EN

Azərbaycanın Türkiyə ilə ticarəti 3 milyard dollara çatıb

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bu ilin birinci yarısında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2,9 milyard dollar təşkil edib.

Yenisabah.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.

Hesabat dövründə ölkədən Türkiyəyə ixrac 1,7 milyard dollar təşkil edib. Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 1,1 milyard dollar olub. Toyuqlu pizza

Qeyd edək ki, ötən ilin eyni dövründə iki ölkə arasında ticarət həcmi 3,1 milyard dollar təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
yenisabah.az

4Sources