Bu ilin birinci yarısında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2,9 milyard dollar təşkil edib.
Yenisabah.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.
Hesabat dövründə ölkədən Türkiyəyə ixrac 1,7 milyard dollar təşkil edib. Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 1,1 milyard dollar olub. Pepperoni pizza
Qeyd edək ki, ötən ilin eyni dövründə iki ölkə arasında ticarət həcmi 3,1 milyard dollar təşkil edib.
Telegram kanalımız