EN

Putindən görüş öncəsi qəribə addım: ilk ora gedəcək

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüş üçün Alyaskaya getmədən əvvəl yolüstü Maqadan şəhərində dayanacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putinin işgüzar səfəri çərçivəsində “Omega-C” balıq yağı emalı zavoduna baş çəkəcəyi, prezident idman kompleksinə və “Mayak Park” mədəni-ictimai mərkəzinə baxış keçirəcəyi bildirilir.

Onundan bundan sonra Alyaskaya yola düşəcəyi deyilir.

Maraqlıdır ki, Kremlə avqustun 15-i Moskva saatı ilə 22:30-da baş tutacaq görüşə günlərdir ciddi hazırlır görülür. Hətta xarici işlər naziri Sergey Lavrov və prezidenti müşayiət edəcək bir neçə nümayəndə artıq Alyaskaya çatıb. Lakin Vladimir Putinin Maqadan qərarının dəqiq səbəbi məlum deyil.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
globalinfo.az

1Sources